Juicy Couture
Yüklənir...
Juicy Couture
Juicy Couture Los Angels ştatında iki rəfiqə olan Pamela Skaist-Levy və Gela Nash-Taylo tərəfindən yaradılmışdır. Onlar belə düşünürdülər ki qlamur geyimlər yalnız gecə klubları və yığıncaqlar üçün deyil, velür parçadan idmanla və ya yoqa ilə məşqul olmaq üçün qlamur kostyumlar da hazırlamaq olar və bu çox böyük uğur qazanan bir ideya olmuşdur. Hal-hazırda hətta brendin kaşmir parçadan olan idman geyimləri mövcuddur. 90-ci illərdə brend çox böyük popularlıq qazanmışdır və artıq yeni xətlər yaratmağın vaxtı idi. İlk öncə idman geyimlərinə əlava olaraq qadınlar üçün geyimlər istehsal olunmağa başladı, daha sonra isə çimərlik geyimləri. 2002-ci ildən isə Juicy Couture kişilər və uşaqlar üçün geyimlər istehsal etməyə başladı. Brend Amerikada çox məşhur oldu və bütün Amerika üzrə Juicy Couture butikləri açılmağa başladı. Daha sonra Juicy Couture brendinin yeni xətti yarandı – itlər üçün geyim və aksesurlar. Bu aksesurların məşhurlaşmasının əsas səbəbi Peris Hiltonun bu aksesurları öz itində istifadə etməsi idi. Gələcək illərdə brend ayaqqabı, gün eynəkləri istehsal etməyə başladı. Juicy Couture brendinin dizaynerləri lüks həyatı və praktikliyi, ekskluzivliyi və gündəlik həyatı əks etdirən möcüzəvi kolleksiyaları birləşdirir.
Pay-bonuslar:
*
2
Taksit imkanı:
   aylara
Ünvanlar:
Park Bulvar TM
Tel: (+994 12) 598 73 53

Veb-səhifə:
http://www.mybrands.az/
*
 PayBonus-ların ödənilməsi hallar:
1. Partnyorlar şəbəkəsində Bank Respublika-nın debet plastik kartı ilə ödəniş edərkən.
2. Partnyorlar şəbəkəsində PayKart Kredit kartı ilə PayClient opsiyası ilə ödəniş edərkən.