PayKart Bonus

Bank Respublika-nın plastik kart sahibləri üçün PayKart bonus sistemi  xidmətinizdədir.

Plastik kartınızla partnyor şirkətlərin şəbəkəsində nağdsız şəkildə alış-veriş edərkən, sistemin

konkret partnyorundan asılı olaraq – hər alış-verişdə məbləğin 25%-dək Sizə bonus şəklində

“Pay” verilir.  Bu “Pay”lar Sizin plastik kart hesabınızda toplanılır. Toplanılmış “Pay”lar partnyor

şirkətlərin şəbəkəsində alış-veriş edərkən istifadə oluna bilər (nağd şəkildə çıxarıla bilməz). 

Bonus hesabınızın yoxlanılması imkanları: Bankomat,SMS,MobilBank, POS Terminal , Bank filialları.

 

Misal: Siz partnyor parfümeriya mağazasından 100 AZN qiyməti olan ətir əldə edirsiniz

və bu məbləğin 10% (10 AZN) Sizin plastik kartınıza (bonus hesabınıza) "Pay" bonus şəklində

yüklənilir, sonra Siz bu məbləği (10 AZN) başqa bir partnyor kitab mağazasında 10 AZN qiyməti

olan kitab əldə etməklə istifadə edirsiniz və daha öz vesaitinizdən ödəniş etmirsiniz - bonuslardan

faydalanırsınız, həmçinin Siz ödəniş edərkən məbləğin bir hissəsini bonuslarla, ikinci hissəsini isə

əsas vasaitinizdən ödəyə bilərsiniz.

 

Hər bir Bank Respublika müştərisi PayKart bonus sisteminə dair istənilən sual və ya yaranan

anlaşılmazlıqlarla bağlı 012 144 “qaynar xətt” nömrəsinə zəng vuraraq ətraflı və dolğun

məlumat ala bilər. Bankın mütəxəssisləri Sizə peşəkar məsləhət, tövsiyyə və təkliflərini verəcək.

Bank Respublika-nın bütün plastik kartları avtomatik olaraq bu sistemə qoşulub.