Alış-veriş və nağdlaşdırma

Müxtəlif geyim, parfümeriya, kompüter, mobil telefonlar, məişət texnikası və mebel mağazalarında, həmçinin restoranlarda, supermarketlərdə və digər satış məntəqələrində aparılan alış-veriş müqabilindəki ödənilən məbləği 12 aya bölərək hissələrlər ödəmək mümkündür.

Müştərilərin rahatlığını nəzərə alaraq, hissə-hissə alış-veriş üçün 5 opsiya təklif olunur:

1) “PayPartner” opsiyası - partnyor şəbəkəsində faizsiz alış-veriş. 

Partnyorlar şəbəkəsində mal və ya xidmət əldə etdikdə müştərilər istəklərinə əsasən ödənilən məbləği 12 ayadək (3,6,9,12) bölərək bərabər hissələrlə ödəmə üsulunu  seçə bilərlər. Bu ödənişlər üçün heç bir əlavə faizlər nəzərdə tutulmayıb.

2) “PayClient” opsiyası - partnyor şəbəkəsində əlavə qiyməti ilə alış-veriş.

İstifadə etmək istədiyiniz opsiya mümkün olmadıqda, konkret alış zamanı “PayClient” opsiyasını seçmək olar və 12 aya hissə-hissə ödəniş opsiyası əlavə qiymət nəzərə alınmaqla aktivləşdirilə bilər.
 

3 / 4) “PayFree” və “PayTravel” opsiyaları - partnyor şəbəkəsi xaric və xaricdə alış-veriş imkanı.

Partnyor şəbəkəsinə daxil olmayan, lakin MasterCard ödəniş sistemi keçərli olan satış məntəqələrində aparılan alış-verişin ödəniş məbləği avtomatik qaydada 12 aya bölünəcək. Bu ödənişlər müvafiq müqavilədə qeyd olunmuş mövcud faiz dərəcəsinə uyğun əlavə olunmuş qiymətlə həyata keçirilir.

5) "PayCash" opsiyası - vəsaitin nağdlaşdırmaq imkanı

Kartın bu opsiyası ilə günün istənilən vaxtında dünya üzrə 200-dən artıq ölkəsində vəsaitin nağdlaşdırılması mümkündür. Bu opsiya həmçinin, ödənişin 12 ay müddətinədək bölünməsini nəzərdə tutur və əlavə faizlə təqdim edilir. Nağdlaşdırma aylıq olaraq kredit limitinin 30%-dək aparıla bilər.

10 AZN-dən artıq edilən hər alış-veriş zamanı müştəriyə çek və SMS vasitəsilə yeni ödəniş qrafiki təqdim edirlir.